İdman
“Qalatasaray”da sürpriz futbolçu -
Argentinadan gəlir
"Qalatasaray" Argentinanın "İndependyente" klubunda çıxış edən Kevin Lomonako ilə maraqlanır. 24 yaşlı müdafiəçinin bazar dəyəri 10 milyon avrodur.
Metbuat.az xəbər verir ki, argentinalı ulduz bu təklifə isti yanaşır O, Avropa meydanlarında top qovmaq arzusunu gizlətmir.
İstanbul təmsilçisi 1,92 metr boyu olan Lomonako üçün gələn həftə Cənubi Amerikaya təmsilçi göndərəcək. “Qalatasaray” rəhbərliyi müdafiədəki boşluğu doldurandan sonra gənc futbolçunu baha qiymətə satmağı düşünür.
Qeyd edək ki, Türkiyə çempionu bu təcrübəədn tez-tez istifadə edir.