İdman
Perezin fantastik iki transferi -
"Qalaktikos" dirçəlir
"Real Madrid"in prezidenti Florentino Perez "Qalaktikos" ənənəsini dirçəltməyi hədəfləyir.
Metbuat.az xəbər verir ki, klub rəhbərliyi bir sıra transferlər həyata keçirmək istəyir. "Sky Sports Deutschland"ın məlumatına görə, Florentino Perezin "Liverpul"un keçmiş məşqçisi Yurgen Kloppla danışıqlar aparıldığı bildirilir. "Red Bull"un Qlobal Futbol Rəhbəri olan Kloppun təklifə razılıq verə biləcəyi iddia edilir.
Perezin “Mançester Siti”nin futbolçusu Erlinq Holannın transferini nəzərdən keçirdiyi iddia edilir. Bildirilir ki, transfer mövsümün sonunda həyata keçirilə bilər.