İdman

Peres "Real"a əfsanə məşqçini gətirmək istəyir

Metbuat.az

“Real Madrid”in prezidenti Florentino Peres yenidən Joze Mourinyo ilə işləmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə İspan jurnalist Alfredo Relano iddia irəli sürüb. Relano COPE radiosuna bildirib ki, Peres hazırda "Benfika"da işləyən Mourinyonu geri qaytarmaq istəyir.

Qeyd edək ki, İspaniya Super Kuboku finalında “Real”ın "Barselona”ya 2-3 hesablı məğlubiyyətindən sonra Xabi Alonso klubdan göndərilib. Onun yerinə müvəqqəti olaraq Alvaro Arbeloa təyin edilib. Joze Mourinyo “Real”da işlədiyi müddətdə La Liqa və Kral Kubokunu qazanıb.