İdman

Millinin oyunçusu klubundan ayrıldı

Metbuat.az

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Qurban Səfərov "Mingəçevir" klubundan ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qurban Səfərov hazırda U-21-in təlim-məşq toplanışında iştirak edir