İdman

Məşhur futbolçu karyerasını bərpa etdi

Metbuat.az

"Mançester Yunayted" ulduzu Luis Nani futbolçu karyerasını bərpa edib.

Metbuat.az xəbər verir ki, o, Qazaxıstanın “Aktobe” klubu ilə anlaşıb. Klubun açıqlamasına görə, Nani “Aktobe”nin inkişaf layihəsində genişləndirilmiş rol oynayacaq. Bildirilir ki, bu da onun məşqçilik vəzifəsində də töhfə verəcəyini ortaya qoyur. Luis Nani sosial media hesabındakı paylaşımında qonaqpərvərliyi və dəstəyinə görə klubun sahibi Nurlan Artıkbayevə, prezident Arman Ospanova və qubernator Asxat Şaxarova təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Luis Nani gənc oyunçuların inkişafına yönəlmiş və elit akademiyalarda idarəetmə vəzifələri üçün səlahiyyət verən UEFA A Elit Gənclər Lisenziyası kursunu başa vurub.