İdman

"Liverpul"dan "Real"a -

180 milyonluq transfer

Metbuat.az

“Liverpul” “Real Madrid”in futbolçusu Cud Bellinqhemi transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçu üçün 180 milyon avro irəli sürüb. Məlumata görə, “Real” futbolçunu klubun layihəsinin bir hissəsi hesab edir və onu klubdan göndərmək istəmir.

Qeyd edək ki, Cud Bellinqhem bu mövsüm “Real Madrid”in heyətində 22 oyunda iştirak edib. Futbolçu 5 dəfə fərqlənib və 4 məhsuldar ötürmə edib.