İdman

Kloppun “Real”dan tələbi bəlli oldu

Metbuat.az

“Real Madrid” Yurgen Kloppun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, Alvaro Arbeloanı müvəqqəti məşqçi təyin edən “Real”, mövsümün sonunda Kloppu kluba gətirmək istəyir. Rəsmi danışıqlar reallaşmasa da, məşqçinin tələbi olduğu iddia edilir. İddialara görə, Yurgen Klopp Vinisius Juniorla işləmək istəmir. Bildirilir ki, Kloppla razılıq əldə edilərsə, Vinisius Junior klubdan göndərilə bilər. “Real”ın Vinisius Juniorun yerinə Erlinq Holannın transferini nəzərdən keçirdiyi iddia edilib.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır. Tərəflər yeni müqavilə barədə razılığa gələ bilməyib.