İdman
“Fənərbaxça” “Aston Villa”ya məğlub oldu
UEFA Avropa Liqasının 7-ci turunda “Fənərbaxça” öz meydanında “Aston Villa”nı qəbul edib.
Metbuat.az xəbər verir ki, oyun qonaqların 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. 25-ci dəqiqədə Ceydon Sanço fərqlənib.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 18-ə çatdıran “Aston Villa” hazırda 2-ci pillədə, 11 xalda qalan “sarı-lacivərdlilər” isə 16-cı yerdə qərarlaşıb.