İdman

Avropaya səs salan ulduz “Qalatasaray”a gəlir –

FOTO

Metbuat.az

Qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istəyən Türkiyənin “Qalatasaray” klubu “İnter”in ulduzu Hakan Çalhanoğlunun xidmətində maraqlı olduğunu növbəti dəfə açıqlayıb. Mövsümün əvvəlində milli futbolçunu diqqətdə saxlayan, lakin müqaviləni yekunlaşdıra bilməyən “Qalatasaray” yenidən İtaliya klubu ilə təmasa keçib.

Metbuat.az xəbər verir ki, “Qalatasaray” rəhbərliyi bu transfer üçün 15 milyon avro ödəməyə hazır olduğunu bəyan edib. İtaliya komandası isə ən azı 20-25 milyon avro aralığında transfer haqqı tələb edir.

Türkiyə mediasının yazdığına görə, “Qalatasaray” “İnter”i razı salmaq üçün danışıqları davam etdirəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm “İnter”in heyətində 22 matça çıxıb. O, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.