İdman
Arda özündən çıxdı -
VİDEO
İspaniya Super Kubokunun final oyununda Arda Güler əsəblərinə hakim ola bilməyib.
Metbuat.az xəbər verir ki, “Barselona”nın 3-2 hesablı qələbəsi ilə yekunlaşan oyunun final fitindən sonra Arda su qabına zərbə endirib. Ardınca o müvazinətini itirərək, yerə yıxılıb. Bu hadisə “Real Madrid”in məğlubiyyətinin obrazı kimi sosial mediada paylaşılıb. Bəzi futbol mütəxəssisləri “Barselona”ya üç qol vurmağa imkan verən müdafiədəki zəifliklərlə bağlı taktiki səhvlərə görə, Xabi Alonsonun seçimlərini müzakirə ediblər.