İdman

Arda bu kluba transfer ola bilər

Metbuat.az

"Real Madrid"in futbolçusu Arda Güler karyerasını Premyer Liqada davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Arsenal” klubu futbolçunun xidmətində maraqlıdır. ESPN-in məlumatına görə, “Arsenal” Ardanı transfer etmək istəyir. Bildirilir ki, İngiltərə nəhəngi transferi mövsümün sonunda reallaşdıra bilər. İddialara görə, “Arsenal” mövsümün fasiləsində futbolçunu transfer etmək üçün əlverişli şəraitin olmadığını hesab edir.

Qeyd edək ki, Arda Gülerin adı bundan əvvəl də bir sıra İngiltərə klubları ilə o cümlədən “Arsenal”la hallanıb. Bu mövsüm Arda Güler 29 oyunda 3 dəfə fərqlənib və 9 məhsuldar ötürmə edib. Gənc ulduzun "Real Madrid"lə müqaviləsi 2029-cu ildə yekunlaşır.