İdman
Arda bu kluba transfer ola bilər -
Təklifi rədd etmədi
“Real Madrid”in futbolçusu Arda Güler klubdan ayrıla bilər.
Metbuat.az xəbər verir ki, futbolçu karyerasını İngiltərədə davam etdirə bilər. “Haber Global”ın məlumatına görə, “Arsenal” Arda üçün “Real”a 80 milyon avro təklif edib. Xəbərdə deyilir ki, Premyer Liqa təmsilçisi türkiyəli futbolçuya start heyətdə oynayacağını bildirib.
Məlumata görə, Arda və “Real” hələlik təklifi rədd etməyib.