İdman
Alonso Avropa nəhənginə -
Yarım milyardlıq transferlə gəlir
Adı “Liverpul”la hallanan Xabi Alonso kluba tələblər irəli sürüb.
Metbuat.az xəbər verir ki, Alonso "Liverpul"la razılığa gələcəyi təqdirdə rəhbərlikdən transferlər tələb edib. "Indykaila News" məlumat verir ki, Alonso 4 futbolçunun transferini tələb edib. Mütəxəssis "Kristal Pelas"dan Adam Uorton, PSJ-dən Bredli Barkola, "Bavariya"dan isə Maykl Olisen və "Tottenhem"dən Mikki van de Venin transferlərini tələb edib. Xəbərdə deyilir ki, bu transferlərin ümumi dəyəri 400 milyon funt-sterlinq civarındadır.
Məlumata görə, “Liverpul” rəhbərliyi ilə Alonso arasında danışıqlar məshuldar alınıb.