İdman

Juninyo qərarını verdi -

Bu kluba keçir

Metbuat.az

Braziliyanın "Flamenqo" klubunun futbolçusu Olavio Juninyo komandasını dəyişəcək.

Metbuat.az Teleqraf-a istinadla xəbər verir ki, 29 yaşlı hücumçu yanvarda Meksikanın "Pumas" klubuna keçəcək.

Paytaxt təmsilçisi bu transfer üçün Braziliya komandasına 5 milyon avro ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Olavio Juninyo bu ilin yanvarında "Qarabağ"dan "Flamenqo"ya keçib. Onun Ağdam təmsilçisinə qayıdacağı ilə bağlı şayiələr yayılmışdı.