İdman

Mbappe bu səbəbdən Azərbaycana gəlmədi

Metbuat.az

Futbol üzrə Fransa yığma komandası Azərbaycanla oyuna ciddi itkilərlə çıxacaq. "Real Madrid"in ulduzu Mbappe də həmin gün milli komandamıza qarşı oynamayacaq.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, dünən zədələn hücumçunun Azərbaycana gəlməyəcəyi bəlli olub. O, müalicə olunmaq üçün Madridə yollanıb.

Qeyd edək ki, "DÇ-2026" çərçivəsində keçiriləcək Azərbaycan-Fransa oyunu noyabrın 16-da Tofiq Bəhramov adlı stadionda baş tutacaq.