İdman

"Barselona"nın istədiyi ulduz futbolçu bilindi

Metbuat.az

"Barselona" "Santos"un müdafiəçisi Souzanın xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, İspaniya nəhənginin futbolçu üçün 12 -15 milyon avro arası təklif irəli sürdüyü iddia edilir. Bildirilir ki, "Barselona" transferi mövsümün sonunda yekunlaşdırmaq istəyir. Xəbərdə deyilir ki, İspaniya nəhənginin klubdan gedən mərkəz müdafiəçisi İnyiqo Martinezin yerinə transfer edəcəyi irəli sürülsə də, sol cinah müdafiəçisi mövqeyi üçün hərəkətə keçib.

Alejandro Balde bu mövqedə birinci seçim olaraq qalsa da, gənc oyunçunun bu mövsümkü performansı suallar doğurub. Souza bu mövsüm Seriya A-da uğurlu oyunlar nümayiş etdirib və gələcəyin perspektivli braziliyalı müdafiəçilərindən biri hesab olunur.