İdman

Alonso Ardadan üzr istədi

Metbuat.az

“Real Madrid”in baş məşqçisi Xabi Alonso UEFA Çempionlar Liqasında "Olimpiakos"la səfər oyunundan sonra Arda Gülerdən sonra üzr istəyib.

Metbuat.az xəbər verir ki, Alonso “Real”ın 4-3 qələbəsi ilə yekunlaşan oyundan sonra Arda ilə söhbət edib. “Defensa Central”ın məlumatına görə, Alonso Ardadan onu erkən əvəzlədiyinə görə üzr istəyib. Bildirilir ki, Arda Güler matça start heyətində başlayıb, lakin 60-cı dəqiqədə Cud Bellinqemlə əvəzlənib. Alonso oyundan sonra Ardaya, "Səni meydandan çıxarmamalı idim" - deyə bildirib. Alonsonun sözlərinə görə, Arda oyundan çıxandan sonra "Real Madrid" hücum səylərini dayandırıb və təhlükəli vəziyyətlər yarada bilməyib.

Qeyd edək ki, Kilian Mbappenin fərqləndiyi ikinci qolun ötürməsini Arda Güler edib.