İdman

AFFA-nın departament rəhbəri təyinat aldı -

FOTO

Metbuat.az

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin III turunda noyabrın 26-da keçiriləcək "Srvena Zvezda" (Serbiya) - "Jilina" (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı "Rayko Mitiç" stadionunda təşkil ediləcək.