İdman

​Azərbaycan klubunda amerikalı idmançı

Metbuat.az

"Gəncə” komandası heyətini yeni voleybolçu ilə gücləndirib.

Metbuat.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilir ki, "sarı-göylər" ABŞ-dən olan oyunçu Aayinde Smiti transfer edib.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

İlk dəfə legioner həyatı yaşayacaq voleybolçu son olaraq ölkəsində "Ball State University” komandasında çıxış edib.