İdman

"Mançester Yunayted"dən biabırçı məğlubiyyət

Metbuat.az

İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Yunayted" "Bornmut"la qarşılaşıb.

Metbuat.az xəbər verir ki, "Old Trafford" stadionunda baş tutan oyunda "Mançester Yunayted" evdə 0:3 hesabı ilə məğlub olub.

"Bornmut"un heyətində Din Höysen, Castin Kluivert (penalti), Antuan Semenyo fərqləniblər.

Keçirilən 17 oyundan sonra Hazırda "qırmızı şeytanlar" 22 xalla 13-cü sırada qərarlaşıb."Bornmut" isə 28 xalla 5-ci yerdədir.