İdman

"Yuventus" məni çölə tulladı" - İquayn

Metbuat.az

"Milan"ın hücumçusu Qonsalo İquayn "Yuventus"a keçidindən danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu keçmiş klubundan məcburən ayrıldığını deyib. "İtaliya kubokunun final matçından sonra hiss etdim ki, mənə olan münasibət dəyişib. Bu arada Ronaldonu heyətə gətirdilər. Vəziyyət daha pisləşdi. Amma getmək istəmirdim. "Yuventus"un uğurları üçün əlimdən gələni etmişəm. Burada bir sıra mükafat qazanmışam. Ronaldonun gəlişindən sonra vəziyyətdən çıxış yolları axtaran rəhbərlik məni, sözün əsil mənasında, çölə tulladı. Dedilər ki, sənə yer yoxdur. Fanatlar, komanda yoldaşlarımla münasibətim həmişə yaxşı olub. "Qoca sinyora"dan ayrılmaq asan deyildi. "Milan"da xoş qarşılandım. Bu komandanı seçdiyimə görə təssüflənmirəm",- İquayn deyib.

İquayn "Milan"da çıxdığı 7 qarşılaşmada 6 qol vurub.

Milli.Az