İdman

"Üzərinə daha çox məsuliyyət götürməlidir". Pike Messidən narazıdır...

Metbuat.az

Barcelona-nın müdafiəçisi Jerar Pike və hücümçusu Lionel Messi arasında anlaşılmazlıq yaranıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bir müddət öncə argentinalı hücümçu Lionel Messi klubun müdafiəçilərinə inamsız oynadıqlarına görə irad tutmuşdu. Ötən gün isə İspaniyanın məşhur TV verlişlərindən olan "El Chiringuito"nun qonaqlarından biri olan Jerar Pike Messidən narazı olduğunu bildirib.

Müdafiəçinin fikrinə görə Messi klubun çətin dönəmlərində mediaya açıqlama verməkdən yayınır. Həmçinin Pikenin fikrinə görə Messi kapitanlıq sarğısını daşıdığına görə öz üzərinə daha çox məsuliyyət götürməlidir.

Milli.Az