İdman
Useyn Bolt futbol karyerasının ilk qollarını vurdu - VİDEO
Avstraliyanın "Sentral Kost Meriners" klubunda çıxış edən Useyn Bolt futbol karyerasının ilk qollarını vurub.
Milli.Az xəbər verir ki, yamaykalı idmançının komandası "Makartur Yunayted"lə hazırlıq oyununda üz-üzə gəlib. Qarşılaşma "Sentral Kost Meriners"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Start heyətdə meydana çıxan 32 yaşlı Bolt 2 qolla yadda qalıb.
Qeyd edək ki, 8 olimpiya qızıl medalı ilə adını tarixə yazdıran əfsanəvi atlet, Londonda keçirilən 2017 Dünya Atletizm Çempionatında karyerasını bitirdiyini açıqlayıb və professional futbolla məşğul olmağa başlayıb.
Here it is, @usainbolt, the footballer, scores his maiden Mariners goal. What a moment! Don't think limits! ⚡️ #SWSvCCM #CCMFC