İdman

Türk futbolçu aparıcı klubların maraq dairəsində

Metbuat.az

Yarımmüdafiəçi Cengiz Under yaxın vaxtlarda "Roma"dan ayılaraq Avropanın aparıcı klublarından birində yer ala bilər. 

Milli.Az Goal.az-a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu "Arsenal", "Barcelona", "Manchester City" və "Manchester United"in diqqət mərkəzinə düşüb.

"Qırmızı şeytanlar" türk futbolçunu Aleksis Sançesin əvəzinə əldə etməyi düşünür. "Barcelona" isə Malkomu Underlə əvəzləməyi nəzərdə tutur. Aparıcı klubların marağını nəzərə alan "Roma" yarmmüdafiəçini baha satmaq niyyətindədir. Klub transfer üçün 50 milyon avro tələb edir. Rəhbərliyin fikrincə, bu məbləğ yeni bir futbolçu almağa yetər. Əvvəllər "Bayern Munchen" ilə "Borussia"nın da Cengizlə maraqlandığı deyilirdi.

Milli.Az