İdman

"Seksi futbol oynadıq" - Məsut Özil

Metbuat.az

"Arsenal"ın Türkiyə əsilli alman ulduzu Məsut Özil Premyer Liqa tarixinə düşüb.

Milli.Az xəbər verir ki, Premyer Liqanın 9-cu turunda "Lester Siti" ilə oyunda 1 dəfə fərqlənən Özil Premyer Liqada 30-cu qolunu vurub. 30 yaşlı yarımmüdafiəçi Premyer Liqada ən çox qol vuran alman futbolçular arasında Yurgen Klinsmana çatıb.

Özil oyundan sonra sosial şəbəkə hesabında komandanın kapitanı olduğu üçün qürur duyduğunu paylaşıb: "Bu gecə seksi futbol oynadıq. Bu klubun kapitanı olduğum üçün qürur duyuram".

Milli.Az