İdman

Rüfət Dadaşov üçün 90 dəqiqə və 3 xal

Metbuat.az

Futbol üzrə Almaniya 3-cü Liqasında 12-ci turun oyunları keçirilib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" klubu da növbəti matçına çıxıb.

Futbolçumuzun komandası səfərdə "Vyursburger Kikkers"lə qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90-cı dəqiqədə əvəzlənib.

Dadaşovun komandası 12 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb.

Milli.Az