İdman
"Ronaldu komandada olduğu vaxt da..."
"Real"ın kapitanı Serxio Ramos La Liqanın 8-ci turunda Alaves-ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, son 4 oyundur qol vura bilməyən Madrid klubunun müdafiəçisi deyib: "İndi hər kəs Ronaldunun yoxluğu səbəbindən qol vura bilməyəcəyimizi deyəcək. Ancaq Ronaldu komandada olduğu vaxt da belə zamanlarımız oldu. Əlbəttə, qollar vuracağıq. Hədəflərimiz üçün həmişə mübarizə aparacağıq".
S.Ramos təndiq edilən baş məşqçisi Xuan Lopeteqiyə də dəstək çıxıb: "Bəzən məşqçi dəyişdirmək yaxşıdır, bəzən yox. Hazırda bu dəyişikliyi etmək düzgün olmaz. Bir az səbir etmək lazımdır".
Milli.Az