İdman

"Real" XXI əsrdə ilk dəfə ardıcıl 4 oyunda qol vura bilməyib

Metbuat.az

Futbol üzrə İspaniya çempionatının 8-ci tur matçında Madrid "Real"ı "Alaves"ə 0:1 hesabı ilə məğlub olub.

Milli.Az "report"-a istinadən bildirir ki, bu oyundan sonra madridlilərin qolsuz oyunlar seriyası ardıcıl 4 matça çatıb. Bu oyunlarda komanda üç məğlubiyyətə uğrayıb.

Bu qolsuzluq seriyası Kral klubu üçün XXI əsrdə ən pis nəticə kimi qeydə alınıb.

Bundan əvvəl Xulen Lopeteqinin yetirmələri "Atletiko" ilə heç-heçə (0:0) edib və "Sevilya"ya uduzub (0:3). Eyni zamanda Çempionlar Liqasında Rusiya MOİK-inə 0:1 hesabı ilə məğlub olub.

"Real" yalnız 1982 və 1985-ci illərdə ardıcıl olaraq 4 oyunda qol vura bilməmişdi.

Milli.Az