İdman
“Real”a son dəqiqə ŞOKU - VİDEO
Madridin "Real" klubu futbol üzrə İspaniya çempionatının 8-ci turunda "Alaves"ə məğlub olub.
Publika.az xəbər verir ki, Viktoriya şəhərinin "Mendisorrosa" stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın 95-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi yarımmüdafiəçi Manu olub.