İdman
Qurban Qurbanov 48 pillə gerilədi
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Milli.Az xəbər verir ki, cədvəldə yer alan Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 511-ci pillədə yer alıb. O, ötən siyahı ilə müqayisədə 48 pillə geriləyib.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 510-cu pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis 32 pillə geri düşüb.
Cədvələ "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.
Milli.Az