İdman
"Qarabağ"ın zədəlisi komanda ilə məşqlərə başladı
"Qarabağ" zədəli futbolçusu Donald Gerye kollektivlə məşqlərə başlayıb.
Milli.Az xəbər verir ki, çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu sağalıb.
29 yaşlı oyunçunun oktyabrın 25-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Vorskla" ilə oyunda iştirak edib-etməyəcəyi hələ ki, bəlli deyil.
Qeyd edək ki, Donald Gerye Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ" - "Zİrə" matçında (3-2) zədələnmişdi.
Milli.Az