İdman
"Qalatasaray"da Naqatomo şoku - Xəstəxanada qalacaq
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Şalke" ilə matçda zədələnən "Qalatasaray"ın futbolçusu Yuto Naqatomonun son durumu müəyyənləşib.
Milli.Az xəbər verir ki, sinəsindən zərbə aldığı üçün məcburi əvəzlənən 32 yaşlı müdafiəçinin ağciyərində problem aşkarlanıb. Onun bir neçə gün xəstəxanada qalacağı bildirilib.
Qeyd edək ki, "Qalatasaray" - "Şalke" görüşü qolsuz bərabərliklə başa çatıb.
Milli.Az