İdman

"Özümüzə güvənirik" - Miçel

Metbuat.az

Bilirik ki, bizi çox çətin və vacib oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadır. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar. Biz də özümüzə güvənirik. İnanırıq ki, müsbət nəticə qazanacağıq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Vorskla" ilə Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında  deyib.

Rəqibi yaxşı təhlil etdiklərini bildirən ispaniyalı yarımmüdafiəçi meydana müsbət nəticə üçün çıxacaqlarını əlavə edib: "Rəqibin oyunlarının videolarını izləmişik, kompakt komandadır. Hücumameyilli oyunçuları sürətlidir. "Arsenal"a görüşdə 4 top fərqi ilə geridə olsalar da, 2 qol vura bilmişdilər. Həm avrokubokda, həm də daxili çempionatda asan rəqib yoxdur". 

Milli.Az