İdman

Özil Bakıda azərbaycanca yazdı

Metbuat.az

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Arsenal” klubu Bakıya gəlib.

Metbuat.az goldnews.az-a istinadən xəbər verir ki, klubun Türkiyə əsilli alman futbolçusu Məsud Özil Bakı Olimpiya Stadionunda çəkilmiş fotosunu paylaşaraq Azərbaycan xalqını salamlayıb.

"Axşamınız xeyir, Bakı və Azərbaycan" - deyə, futbolçu qeyd edib.

Futbolçunun Azərbaycan dilində şərh yazması sosial mediada ciddi maraq doğurub. Onun 17 milyonluq səhifəsində Azərbaycan dilində status yazması isə Azərbaycan xalqına jest kimi dəyərləndirilib.

Qeyd edək ki, ilk turda “Qarabağ” səfərdə Portuqaliyanın “Sportinq” klubuna 2:0 hesabı ilə uduzub. “Arsenal” isə doğma meydanda Ukraynanın “Vorskla” komandasına 4:2 hesabı ilə qalib gəlib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla