İdman
Nurməhəmmədova ŞOK CƏZA: bir daha döyüşə bilməyəcək və 2 milyon dollar...
Rusiyalı çempion Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər.
Publika.az xəbər verir ki, bu barədə UFC-nin prezidenti Deyn Uayt deyib.
Onun sözlərinə görə, Həbib cərimə və ya diskvalifikasiya oluna bilər: "Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onun çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq. Döyüşdən sonra kütlənin üstünə hücum edən oğlan burada bir daha döyüşə bilməz".
Onun szölərinə görə, araşdırmanın sonuna qədər Həbib Nurməhəmmədova döyüş üçün nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.