İdman
Nurməhəmmədov və Makqreqor UFC-də rekord qırdı
UFC 229 turniri çərçivəsində rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasındakı döyüş ABŞ ərazisində yayımlanma rekordu qırıb.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı “MMA Fighting” məlumat yayıb.
Mütləq Döyüş Çempionatı 2,4 milyon pullu yayım satıb. Bunlardan ən ucuzunun qiyməti 90 dollardır. UFC-nin yayımdan qazancı hələlik hesablanmayıb.
Bundan əvvəlki rekord Makqreqor ilə Neyt Dias arasında 2016-cı ildə keçirilən görüş zamanı müəyyən olunmuşdu. O zaman təşkilatçılar 1,5 milyon yayım həyata keçirmişdi.
Turnir oktyabrın 7-də Las-Veqasda keçirilib. Nurməhəmmədov döyüşün 4-cü raundunda Makqreqora qalib gəlib.