İdman

"Neftçi" "Qarabağ"ı məğlub etdi

Metbuat.az

Azərbaycan Premyer Liqasında IX turun oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Neftçi" "Qarabağ"la qarşılaşıb. Gərgin keçən matçda meydan sahibləri 3:1 hesablı əzmkar qələbə qazanıblar.

Oyuna fəal başlayan meydan sahibi artıq 10-u dəqiqədə M.Abbasovun qolu ilə hesabda önə keçib. Oyunun 26-cı dəqiqəsində M.Abbasov həm özünün, həm də komandasının 2-ci qolunu vurub - 2:0. 85-ci dəqiqədə "Qarabağ" M.Mədətovun qolu ilə hesabdakı fərqi azaltmağa nail olub- 2:1. Lakin bundan cəmi 2 dəqiqə sonra B.Dabo oyunda son nöqtəni qoyub - 3:1.


Messisiz və Ronaldosuz "El Klasiko" - Oxumaq üçün tıkla