İdman

«Monako» uğursuzluq seriyasını davam etdirdi

Metbuat.az

Fransa Çempionatının 11-ci turunda "Monako" öz meydanında "Dijon"u qəbul edirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, matçda hesab 2:2 olub.

Bununla da, "Monako" ardıcıl olaraq qalibiyyətsiz matçların sayını 13-ə çatdırdı. 11 avqustda "Nant"ı 3:1 hesabı ilə məğlub edərək "Monako" mövsümdə yeganə qələbəsini qazanıb.

Qeyd edək ki, növbəti görüşdə, moneqasklar "Reyms"lə mübarizə aparacaqlar.

Milli.Az