İdman

Məsud Özil: "Bakı Olimpiya Stadionu, çox sağ ol!" - FOTO

Metbuat.az

UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda Ağdamın "Qarabağ" klubu ilə qarşılaşan İngiltərənin "Arsenal" komandasının türk əsilli futbolçusu Məsud Özil ölkəmizdə mehriban qarşılanmasından məmnunluğunu bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, futbolçu "Twitter"dəki şəxsi səhifəsində ingilis dilində yazıb: "Bu axşam çox mehriban qarşılandıq. Bakı Olimpiya Stadionu, çox sağ ol!"

Xatırladaq ki, oktyabrın 4-də oynanılan görüşdə "Arsenal" klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Milli.Az