İdman

"Mançester Siti" Çempionlar Liqasının qalibi olmağa hazır deyil" - Qvardiola

Metbuat.az

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola çempionlar Çempionlar Liqasından danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis komandasının turnirin qalibi adını qazanmağa hazır olmadığını etiraf edib.

"İngiltərə çempionatına yaxşı başladıq. Çempionlar Liqasında da vəziyyətimiz pis deyil. Keçirdiyimiz oyunlar məni qane edir. "Lion"la matçın ilk hissəsindən başqa. Futbolçularımın hazırlığı ürəyimcədir. Mən "Barselona"da doğulmuşam. Futbolda ilk addımlarımı burada atmışam. Qalib gəlmək mənim qanımdadır. Futbol bir oyundur. Burada hər zaman qalib gəlmək mümkün deyil. Arzularla iş bitmir. Qalib olmaq üçün təcrübə, inam lazımdır. Etiraf edim ki, "Mançester Siti" Çempionlar Liqasının qalibi olmağa hazır deyil. Əlimizdən gələni etməyə çalışacağıq",- Qvardiola bildirib.

Xatırladaq ki, Qvardiolanın komandası ÇL-nin qrup mərhələsində növbəti oyunda "Şaxtyor"la qarşılaşacaq.

Milli.Az