İdman
Kriştiano Ronaldodan yeni
İtaliya A Seriyasının IX turu çərçivəsində "Yuventus" doğma meydanında "Genoa" komandası ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, 1:1 hesablı bərabərliklə yekunlaşan matçda meydan sahiblərindən yeganə qolu Kriştiano Ronaldo vurub və qol sayını 400-ə çatdırıb. Bununla da 400 qol vuran ilk oyunçu kimi futbol tarixində yeni rekorda imza atıb.
Qeyd edək ki, ulduz futbolçu bundan əvvəl çıxış etdiyi "Mançester Yunayted"lə İngiltərədə 84, "Real"la isə İspaniyada 311 dəfə rəqib qapılarına yol tapıb.
Sərdar Məmmədov / Metbuat.az
Azərbaycanda “Bərəkət ilahəsi” tapılıb - VİDEO - Oxumaq üçün tıkla