İdman

Kokorin və Mamayev təcridxanada tualet yuyurlar

Metbuat.az

"Zenit"in və "Krasnodar"ın həbs olunan futbolçuları - Aleksandr Kokorinlə Pavel Mamayevin təcridxana həyatları barədə məlumat yayılıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, məlumatı futbolçuların saxlandığı istintaq təcridxanasının rəisi Sergey Telyatnikov verib. O, futbolçuların təcridxanada heç bir problemlə üzləşmədiklərini də bildirib:

"Onlar böyük olmayan - 3-4 nəfərlik kameralarda qalırlar. Nə Kokorin, nə də Mamayev təcridxanada hansısa problemlə üzləşməyib. Onlar kamera yoldaşları ilə növbəli şəkildə tualet də yuyurlar.

Kokorinin kamerası daha yaxşıdır. Bu kamera nümunə üçün hazırlanıb. Hətta kamerada videoəlaqə qurmaq imkanı da var. Düyməni basırsan və nəzarətçi ilə danışmaq imkanı əldə edirsən".

"Zenit"in üzvü Aleksandr Kokorin və "Krasnodar" klubunun futbolçusu Pavel Mamayev oktyabrın 7-də səhər saatlarında Moskvanın mərkəzində azı üç nəfəri döyüblər. Onların hərəkətlərini videomüşahidə kameraları qeydə alıb. Əvvəlcə onlar dostları ilə birlikdə "Birinci kanal"ın aparıcısı Olqa Uşakovanın sürücüsünə hücum ediblər. Bir az sonra isə Böyük Nikitsk küçəsindəki qəhvəxanada iki məmuru döyüblər. İnsident zamanı Sənaye və Ticarət Nazirliyinin avtomobil sənayesi və dəmiryol maşınqayırması departamentinin direktoru Denis Pak və dövlət elmi mərkəzi NAMİ-nin rəhbəri Sergey Qasin xəsarət alıblar.

Milli.Az