İdman
Kişi şahmatçılarımız Polşa yığması ilə heç-heçə etdi, birinciliyi qorudu
Gürcüstanın Batumi şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında kişi şahmatçılarımız ilk xal itkisi ilə üzləşib.
Milli.Az xəbər verir ki, millimiz özü kimi bütün görüşlərdə qalib gəlmiş Polşa ilə heç-heçə edib - 2:2.
Bununla da millimiz xalını 13-ə yüksəldib.
Yan-Kjıştov Duda - Şəhriyar Məmmədyarov (qara) 0.5 - 0.5
Radoslav Voytaşek - Teymur Rəcəbov (ağ) 0.5 - 0.5
Yatsek Tomçak - Arkadi Naydiç (qara) 0.5 - 0.5
Kamil Draqun - Eltac Səfərli (ağ) 0.5 - 0.5.
Milli.Az