İdman
İbrahimoviç "Mançester Yunayted"ə qayıdır? - Mourinyo açıqladı
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasında "Everton"la keçiriləcək oyun üçün öncə təşkil oluan mətbuat konfransında Zlatan İbrahimoviçlə bağlı açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis isveçli hücumçunun yanvar ayında Mançester təmsilçisinə transfer olunacağı ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib. O, daha əvvəl də "qırmızı şeytanlar"ın formasını geyinmiş forvardın komandaya qayıtmasının mümkün olmadığını bildirib.
Qeyd edək ki, hazırda ABŞ-ın "Los Anceles Qalaksi" klubunada çıxış edən 37 yaşlı futbolçu bu ilin əvvəlində "Mançester Yunayted"dən ayrılıb.
Milli.Az