“Futbolçu iki oyun yaxşı oynadı deyə, müqaviləsini yeniləmirik”
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Leroy Sanenin müqaviləsinin müddətini uzatmaq istədiklərini söyləyib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Qvardiola İngiltərə mətbuatına açıqlamasında alman futbolçu haqda bunları deyib:
"Klub Sanenin müqaviləsinin üzərində işləyir. Biz futbolçu iki oyun yaxşı oynadı deyə, müqaviləsini yeniləmirik. Oyunçunun komanda daxilində, komandadan kənarda davranışları ilə maraqlanırıq. Bir sıra komponentlər var ki, onları əsas götürürük. Sane güclü futbolçudur. Onun "performans"ında geriləmələr də olur. Bu, normal haldır. Ancaq mən onun bacarığına inanıram".
Sane 2016-cı ildə 50 milyon avro qarşılığında "Şalke" klubundan transfer edilib.
22 yaşlı futbolçu cari mövsümdə Premyer Liqada 7 qarşılaşmada iştirak edib. O, bu oyunlarda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Milli.Az