İdman

Bundesliqada sentyabrın ən yaxşısı bəlli oldu

Metbuat.az

Almaniya Bundesliqasında sentyabr ayının ən yaxşı futbolçusunun adı açıqlanıb.

Milli.Az komanda.az-a istinadən bildirir ki, ötən ayın ən yaxşı futbolçusu Dortmund "Borussiya"sının kapitanı Marko Roys seçilib. Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb.

Roys Bundesliqada çıxdığı 7 qarşılaşmada 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Milli.Az