İdman
Bordin irəlilədi, Qurbanovun mövqeyi dəyişmədi
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Milli.Az xəbər verir ki, siyahıda yer alan Azərbaycan millisinin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədədi. Onun mövqeyində ötən həftə ilə müqayisədə dəyişiklik baş verməyib.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 478-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.
Milli.Az