İdman

"Biz heç Azərbaycan çempionatında bu qədər qol epizdou yaratmırıq"

Metbuat.az

Milli.Az xəbər verir ki, "Arsenal" - "Qarabağ" oynundan sonra Rəşad Sadıqov açıqlama verib. 

"Qarabağ"ın kapitanı qol epizodlarından istifadə edə bilmdiklərinə görə heyfislənib.

"Hesab oyuna görə olmadı. Biz heç Azərbaycan çempionatında bu qədər qol epizdou yaratmırıq. Elə epizodlar var idi ki, topu qapıdan keçirmək qalırdı, amma o zaman həyəcanlanırdıq və topu istədiyimiz kimi ram edə bilmirdik. Topa nəzarət "Qarabağ"da idi, yaxşı oyunlarımızdan birini keçirdik. İlk imkanlardan yararlana bilmədik, o zaman anladım ki, burdan yaxşı nəticə əldə edə bilməyəcəyik".

Qeyd edək ki, Rəşad Sadıqov zədəli olduğuna görə "Arsenal"la oyunda iştirak etməyib.

Asif Mehman
Milli.Az