İdman

"Barselona"nın futbolçusu 6 həftəlik sıradan çıxdı

Metbuat.az

"Barselona"nın müdafiəçisi Tomas Vermalen 6 həftəlik zədə alıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının oyunları zamanı keçirilən Belçika - İsveçrə (2:1) oyunu zamanı Belçika yığmasının müdafiəçisi Tomas Vermalen zədələnib. Belçika yığmasının tibbi işçiləri bildirib ki, "Barselona"nın müdafiəçisi 6 həftə futbol oynaya bilməyəcək.

Təcrübəli futbolçu Belçika yığmasının Hollandiya ilə qarşılasmasını, həmçinin "Barselona"nın heyətində "Sevilya", "İnter", "Real", və "Atletiko" ilə keçiriləcək oyunları buraxmalı olacaq.

Milli.Az