İdman
"Barselona"dan Neymar açıqlaması
"Barselona"nın prezidenti Xosep Bartameu Neymarın qaytarılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Milli.Az xəbər verir ki, o, bunun planlarına daxil olmadığını deyib:
"Neymar özü komandadan ayrıldı. Onu geri gətirmək planlarımıza daxil deyil. Ümumiyyətlə, qış transfer dövründə oyunçu almağı düşünmürük. B komandamızda gələcək vəd edən gənc futbolçularımız var".
Neymar keçən ilin yayında 222 milyon avro müqabilində "Barselona"dan PSJ-yə keçib.
Milli.Az